Şəbnəm Tovuzlu: "Nə qədər pul versəniz də oxumayacam" - VİDEO

OXUNUB: 899 ŞOU-BİZNES
Müğənni Şəbnəm Tovuzlu "Hər şey daxil" verilişinin qonağı olub.

İcmal.Az xəbər verir ki, xanım ifaçı ötən il təxirə salınan konsertindən danışıb. Müğənni bildirib ki, konsertin ləğv olunmsına səbəb səhnənin hazırlanmaması olub:

"O səhnəni uzun illərdir ki tanıyıram. Konsert olmamışdan öncə şərt kəsdim ki, səhnə dəyişdiriləcək, yoxsa nə qədər pul versəniz də oxumayacağam. Çünki Şəbnəm Tovuzlu elə səhnədə çıxış edə bilməzdi. Səhnəyə monitor, avadanlıqlar qoyulmalı idi. Bir gün əvvəl prodüserim gedib görüb ki, səhnə düzəldilməyib. O da bildirib ki, Şəbnəm xanım bu səhnədə çıxış etməyəcək".

 

İcmal.Az

RƏYLƏR