Səbuhi Abbasov: “İndiki situasiyada, istənilən təxribat dövlətimizi sarsılda, virusun geniş yayılmasına səbəb bilər”

OXUNUB: 1637 GÜNDƏM Səhiyyə

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev modul tipli xəstəxanaların açılışında geniş nitq söyləyərək, ölkəmizdə koronavirus pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər barədə danışıb.

Bu barədə saytımıza açıqlama verən internet-media ekspert Səbuhi Abbasov ölkəmizin böyük bəla ilə üz-üzə qaldığını deyib: "Artıq 4 aya yaxındır ki, ölkəmiz pandemiya ilə üzə-üzə qalıbdır. Bu çox ağır prosesdir. Təcrübə göstərdi ki, dünyanın ən güclü dövlətləri belə bu prosesin qarşısında acizdirlər. Bütün bu faktları qəbul etmək üçün sadəcə statistikalara nəzər salmaq kifayətdir. Hesab edirəm, açılışda Prezident İlham Əliyev həm də elementar sanitar qaydalarla bağlı master-class keçdi. Bir liderin prosesə bu qədər həssas yanaşması vətəndaşların məsuliyyətini artırmalı, pandemiyanın ciddiliyini əsaslandırımalıdır. Dünya təcrübəsinə söykənərək deyəbilərəm ki, sərt karantin günlərinin tətbiqi proesesin xeyrinədir. Qardaş Türkiyədə bu üsulun tətbiqi onu göstərdi ki, proses uğurludur və virusla mübarizədə effektivdir. Təəssüflə qeyd etməliyik ki, pandemiya faktorundan istifadə edərək dövlətimizin strateji maraqlarına toxunmağa cəhd edən qüvvələr də var. Biz xalq olaraq qəbul edilən qərarları icra etməli, hüquq-mühavizə orqanlarının işini ağırlaşdırmamalıyıq. Eyni zamanda, hüquq-muhavizə orqanları da öz vəzifələrini huquqa söykənərək icra etməlidirlər. İndiki situasiyada, istənilən təxribat, dövlətimizi sarsılda, virusun geniş yayılmasına səbəb bilər. Pandemiya olmasına baxmayaraq I Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşan sosial islahatlar davam etməkdədir. Bu ağır dönəmdə məhz Heydər Əliyev Fondunun sosial dəstək paketi aztəminatlı ailələri krizisdən çıxardı. Bu gün ölkədə gedən islahatlar dalğasına qarşı duran qüvvələr var. Biz xalq olaraq Prezident İlham Əliyevin yanında əvvəlkindən daha mohkəm, daha qəti şəkildə durmalı, ağır situasiyadan üzüağ çıxmalıyıq”

RƏYLƏR