Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu – FOTOLAR

OXUNUB: 841 SOSİAL
Azərbaycanın Gürcüstandakı səfirinin gözü qarşısında dövlət bayrağımız tərsinə asılıb.
 
Ötən gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla Tbilisi şəhər Bələdiyyəsinin sədri Giorgi Tkemaladze arasında rəsmi görüş keçirilib.Rəsmi görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması diqqəti cəlb edib. Belə ki, rəsmilərin ikitərəfli görüşü zamanı masanın üzərinə qoyulan dövlət bayrağında rənglərin yeri səhv düşüb. Ən maraqlısı odur ki, bütün bunlar Azərbaycan səfirinin gözü qarşısında baş verib.

 

Qeyd edək ki,səfir öz dövlətini xarici ölkədə təmsil edən birinci dərəcəli səlahiyyətli şəxsdir.

Xatırladaq ki, D.Həsənov 2016-cı ilin dekabr ayından Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiridir.

İcmal.Az

Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR
Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR
Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR

RƏYLƏR