Şəhidimiz dəfn olundu - FOTO

OXUNUB: 709 SİYASƏT
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

İcmal.Az report-a istinadən xəbər verir ki, şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sadə insanlar iştirak ediblər.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.
Şəhidimiz dəfn olundu - FOTO
Şəhidimiz dəfn olundu - FOTO
Şəhidimiz dəfn olundu - FOTO
Şəhidimiz dəfn olundu - FOTO
Şəhidimiz dəfn olundu - FOTO
 

İcmal.Az

RƏYLƏR