Şəkidə iki qadın özünü öldürmək istədi

OXUNUB: 638 HADİSƏ

Şəkidə iki qadın intihara cəhd edib.

Yanvarın 23-ü saat 20.00 radələrində rayonun Suçma kənd sakini, 1990-cı il təvəllüdlü Yeganə Fikrət qızı Mustafayeva, saat 22 radələrində isə Şəki şəhəri Sabit Rəhman küçəsi ev 8 A ünvanında yaşayan 1978-ci il təvəllüdlü Şəlalə Rövşən qızı Əlirzayeva zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olublar.

MRX-dan APA-ya bildirilib ki, Yeganə Mustafayevanın gəmiriciləri məhv etmək üçün istifadə edilən dərman, Şəlalə Əlirzayevanın isə sirkə turşusu içərək zəhərlənməsi məlum olub.

Həkim müdaxiləsindən sonra hər iki qadının vəziyyəti stabilləşib. Onların intihar etmək istədikləri müəyyənləşib.

 

Hər iki faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır./apa

İcmal.Az

RƏYLƏR