Səkkiz min nəfəri qətl etdik – DƏHŞƏTLİ ETİRAF

OXUNUB: 1305 DÜNYA

Rusiyanın Soçi şəhərində Astana prosesi çərçivəsində danışıqlar getdiyi bir vaxtda Suriya rəhbərliyi 8 min 32 nəfəri həbsxanada qətlə yetirdiyini etiraf edib.

İcmal.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə, Rusiya və İranın razılığı ilə əsirlərin mübadiləsinin gündəmə gəldiyini görən Dəməşq Haseke, Hələb, Xüms, Deraa, Tartus, İdlib, Lazkiye, Deyr-əz-Zor və Rakkada qeydiyyatda olan 8 min 32 nəfəri "ölü” olaraq göstərib.

Suriyadakı "Zaman əl-Vasıl Haber” portalı rejimin "ölü” siyahısına daxil etdiyi məhbuların adlarının yer aldığı siyahını ələ keçirərək dərc edib. Siyahıda jurnalistlər, alimlər, hərbçilər və ictimai xadimlərin adları da var. Həbsxanalarda işgəncə altında öldürülən vətəndaşların ölüm səbəbi olaraq "infarkt” və ya "infeksiya” göstərilib.

Suriyalı General Edip Şellaf isə Dəməşq tərəfindən həbsxanalarda saxlanılan vətəndaşların sayının 200 mini keçdiyini və ən az 40 min nəfərin işgəncələrlə öldürüldüyünü qeyd edib.

İcmal.Az

RƏYLƏR