Şəmkirdə içərisində polislərin olduğu avtomobil aşıb, ölən və yaralananlar var

OXUNUB: 718 SOSİAL HADİSƏ

 Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Qəsəbə ilə hərəkət edən "VAZ-21021" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralııar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quluyev Rauf xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

Faktla bağlı araşdırma aparılır./report

 

 

İcmal.Az

RƏYLƏR