“Sən Əli Kərimli deyilsən, sən Araik Karimatunyansan!” – Elşən Musayev

OXUNUB: 382 SİYASƏT
"Osmanqızı TV” – də Tofiq Yaqublunun "status sərsəmləmələri” bir tək ayıb deyil, həm də cinayətdir, vətənə xəyanətdir, xalqın, dövlətin əleyhinə açıq formada getməkdir!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.


"Hamıya bəllidir ki, Sevinc Osmanqızı Amerikada elə-belə oturmayıb və erməni lobbisinin qrantı ilə bəslənir. Üstəlik, verilişlərinin gündəlik mövzusunu da çox güman ki elə həmin lobbinin əsas, aparıcı fiqurları müəyyənləşdirir. Ona görə də bilir, kimi danışdırmaq lazımdır. Bilir, kim bunun mahnısına züy tutacaq. Bilir, erməniyə kim dəstək ola bilər, erməni mövqeyini kim alqışlaya bilər. Ya Əli Kərimli, ya Cəmil Həsənli, ya da Tofiq Yaqublu. Fikir verin, efirə ancaq bunlardan birini çağırır. Öz də daimi. Sizcə niyə? Çünki erməni lobbisinin, erməni siyasətinin maraqlarına ən çox uyğun gələnlər bunlardır, bu anti-milli ünsürlərdir.

Heç şübhəsiz, Tofiq Yaqublunu belə danışdıran Əli Kərimlidir! Bütün təlimatlar ondan gedir. Və sonra da hələ utanmadan özlərini vətən cəfakeşi kimi göstərməyə çalışırlar. Abırsızlar! Səviyyəsizlər! Namərdlər! Haqqında danışdıqları vətəni də, dövləti də 5 qara qəpiyə satmağa hazır olan xainlər!

Məncə Əli Kərimli adını dəyişib Araik eləsin. Soyadını da Karimatunyan. Olsun, Araik Karimatunyan. Çünki məntiq etibarilə belə səsləniş onun davranışına, əxlaqına, sərgilədiyi fəaliyyətə daha çox uyğundur...” – deyə Partiya sədri fikirlərinə davam edib. 

RƏYLƏR