Serbiya prezidenti Şəhidlər Xiyabanında - FOTO

OXUNUB: 618 SİYASƏT

Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç mayın 22-də Şəhidlər Xiyabanını ziyarət edib.

İcmal.Az xəbər verir ki, burada Serbiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Aleksandr Vuçiç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət edib.

Serbiya prezidenti "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

İcmal.Az

RƏYLƏR