Serbiyadakı silahlı hücumlardan sonra insanlar küçələrə axışıb

OXUNUB: 112 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ötən həftə Serbiyanın paytaxtı Belqradda baş verən iki atışmadan sonra minlərlə insan küçələrə axışıb. Müxalifətin çağırışı ilə "Serbiya zorakılığa qarşı” şüarı ilə təşkil edilən aksiyada 50 mindən çox insan iştirak edib. Nümayişçilər açıq havada zorakılığa təhriklərə son qoyulmasını, zorakılıq xarakterli verilişlərin ləğvini, Serbiya Radio və Televiziyasının (RTS) rəhbərliyinin və Serbiyada hansı kanalların yayımlanacağını müəyyən edən müşahidə şurasının istefasını tələb ediblər. Ötən həftə 17 nəfərin ölümü ilə nəticələnən kütləvi hücumlara görə daxili işlər naziri Bratislav Qasiç və Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin rəhbəri Aleksandr Vulinin məsuliyyət daşıdığına işarə edən nümayişçilər məsul nazirləri və yüksək səviyyəli rəhbərləri istefaya çağırıb.

7NEWS.az

RƏYLƏR