Sərgən Yalçın "Netfçi" ilə razılaşmadı

OXUNUB: 114 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki,Neftçi”nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb. Bu barədə onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, "Neftçi” ilə bir anlaşma əldə edilməyib. Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın "Neftçi” rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib. 
Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib.

7NEWS.az

RƏYLƏR