"Şərq Tərəfdaşlığı"nın V Sammiti başa çatıb - FOTO - YENİLƏNİB

OXUNUB: 853 SİYASƏT

"Şərq Tərəfdaşlığı" proqramının Belçikanın paytaxtı Brüsseldə keçirilən V Sammiti başa çatıb.

İcmal.Az "Report"a istinadən xəbər verir ki, toplantıda sammitin yekun bəyanatı qəbul olunub. 

Sammitin plenar iclası yekunlaşandan sonra Avropa İttifaqının və proqrama üzv olan ölkələrin liderləri birgə xatirə fotosu çəkdiriblər. 

Daha sonra liderlər sammitin yekunları barədə mətbuat konfransı keçirəcəklər.  

 

12:20

Bu gün Brüsseldə V "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb.

İcmal.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Sammitin rəsmi açılışında Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Estoniyanın baş naziri Eri Ratas çıxış ediblər.

Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə iştirakçılar 20 prioritet məqsədləri müəyyən edən yekun sənədi qəbul etmək niyyətindədirlər. 

İcmal.Az

RƏYLƏR