Şərqi Aralıq dənizində gərginliyi artıracaq addım

OXUNUB: 292 Özəl DÜNYA
Son günlər Yunanıstan və Türkiyə arasında siyasi gərginlik artarkən, Şərqi Aralıq dənizində gərginliyi artıracaq daha bir addım Yunanıstandan gəlib.

7NEWS.az xəbər verir ki, Yunanıstan Rodos, Kerpe və Meis adaları ətrafında "NAVTEX” nəşr edib. İyunun 21-dən sentyabrın 7-dək Şərqi Aralıq dənizində dəniz və hava təlimləri keçirəcək. Yunan mətbuatında yer alan məlumata görə, "NAVTEX”in Türkiyənin bölgədə mümkün qazma/seysmik fəaliyyətlər həyata keçirməsinin qarşısını almaq üçün nəşr edildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR