Səudiyyə Ərəbistanı həftə sonu tətilini 3 günə qədər uzatmağı planlaşdırır

OXUNUB: 221 Özəl DÜNYA
Səudiyyə Ərəbistanı iş saatlarında yeni tənzimləmə edərək həftə sonu tətilini üç günə uzatmağı planlaşdırır.

7NEWS.az xəbər verir ki, Dubayda nəşr olunan "Əl Mədinə” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi ölkədə həftə sonunu üç günə qədər uzatmağı düşünür. 

"Twitter"də sorğuya cavab verən nazirlik, məşğulluğu artırmaq və bazarı yerli və beynəlxalq investisiyalar üçün daha cəlbedici etmək üçün işçi qüvvəsi sistemini araşdırdığını və qaydaları nəzərdən keçirdiyini bildirib.
 
7NEWS.az

RƏYLƏR