Səudiyyə Ərəbistanı Suriya prezidentini Ərəb Birliyi sammitinə dəvət edəcək

OXUNUB: 107 Özəl DÜNYA
Səudiyyə Ərəbistanı may ayında Ər-Riyadın ev sahibliyi edəcəyi Ərəb Birliyinin sammitinə Suriya prezidenti Bəşər Əsədi dəvət etməyi planlaşdırır.

7NEWS.az xəbər verir ki, Reuters-in üç mənbəyə əsaslanaraq yuxarıda qeyd etdiyimiz dəvət reallaşarsa, bu, Dəməşqə və Əsəd administrasiyasına qarşı regional təcridin rəsmən sona çatması deməkdir.

Mənbələrdən ikisi Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Ferhanın Əsədə mayın 19-da keçirilməsi planlaşdırılan sammitdə iştirak etmək üçün rəsmi dəvətnamə vermək üçün yaxın həftələrdə Dəməşqə gedəcəyini bildirib.

7NEWS.az

RƏYLƏR