Səudiyyə Ərəbistanına həcc ziyarətinə gələnlərin sayı 1,5 milyona çatıb

OXUNUB: 122 Özəl DÜNYA
Səudiyyə Ərəbistanı xaricdən həcc ziyarətinə 1 milyon 499 min 472 nəfərin gəldiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pasportlar Baş İdarəsinin "Twitter” hesabından edilən açıqlamada müsəlmanların həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam etdiyi xatırladılıb. 

Açıqlamada, xaricdən Səudiyyə Ərəbistanına gələn zəvvar namizədlərinin sayının iyunun 21-i çərşənbə günü bir milyon 499 min 472-yə çatdığı, onlardan bir milyon 435 min 14-nün müqəddəs torpağa hava yolu ilə çatdığı bildirilib. 

7NEWS.az

RƏYLƏR