Səudiyyə Ərəbistanında 1,2 milyondan çox narkotik maddə ələ keçirilib

OXUNUB: 110 Özəl DÜNYA
Səudiyyə Ərəbistanında narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatda 1 milyon 250 mindən çox narkotik həb ələ keçirildiyi açıqlanıb.

7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Ər-Riyadda təhlükəsizlik qüvvələrinin təşkil etdiyi narkotik əməliyyatında 7 nəfər saxlanılıb. Saxlanılanlardan 2-nin Səudiyyə Ərəbistanı, 2-nin Yəmən, digərlərinin isə Misir, Suriya və Banqladeş vətəndaşları olduğu, əməliyyat zamanı şüşə panellərin içərisində gizlədilən 1266 min ədəd narkotik həb ələ keçirildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR