"Sevgilim 2-3 dəfə ərə getdi" – 7 yaşlı uşağı öldürən ömürlük məhbus – VİDEO

OXUNUB: 542 SOSİAL
ARB TV-nin "Rezonans” verilişində bu dəfə məhbus Elbrus Əhmədovun həbsxana hekayələrindən bəhs olunub.

Elbrus Əhmədov (ömürlük məhbus): "Orta məktəbi bitirdikdən sonra Ukraynaya getmişəm. Balıqçı işləyirdim. İlk tutduğum balıq 35-40 kq idi. Bir oğlan var idi. Onunla yeyib-içdik. Ümumiyyətlə, içki içən olmamışam. Birdən-birə oldu. 25 il əvvəl olub. Çox şeyi xatırlamıram. Səhər ayılanda polislər gələndə xəbərim oldu ki, 7-8 yaşlı uşağı öldürmüşəm. Mənə ölüm cəzası verildi. Çox dəhşətli anlar idi. Ölüm cəzasının qorxusunu çox çəkmişəm. Ölüm hökmü ləğv olanda çox sevindim. Ata-anama köməyim dəymədi. Atam rəhmətə gedəndə basdıra bilmədim. 2 qardaşım da illər öncə vəfat etmişdi. Sevdiyim var idi. Mən tutulandan sonra 2-3 dəfə ərə getdi. Azadlığa çıxandan sonra anamın yanına gedəcəm. Elədiklərim üçün çox peşmanam”.​​

 
İcmal.Az

RƏYLƏR