Sevilla - Fənərbaxça matçında emosional pankart hazırlanıb

OXUNUB: 239 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin Ramon Sançes-Pizxuanda keçirilən ilk oyununa "Sevilya” azarkeşləri o qədər də maraq göstərməyib. Liqadakı pis nəticələrə görə komandalarına əsəbiləşən "qırmızı-ağlar” stadionun əhəmiyyətli hissəsini boş qoyub. Türk futbolsevərlər Avropanın hər yerindən Sevilya şəhərinə axışaraq onlar üçün ayrılmış hissəni doldurublar. Onlar üçün ayrılmış bölmədə ispan dilində hazırlanmış "Thanks for your help Spain” kimi çoxlu pankartlar və kartonlar açılıb. Matçın böyük hissəsində "sarı-lacivərdlilərin” alqışları ispanları sıxışdırıb. Lakin uğursuz məğlubiyyətə görə azarkeşlər tribunaları kədərli tərk ediblər.

7NEWS.az

RƏYLƏR