“Sevinc Osmanqızı kimi 3 dollarlıq agentlər….”– Deputatdan sillə kimi sözlər!

OXUNUB: 831 GÜNDƏM Özəl SİYASƏT
"Sevinc Osmanqızı ilə Əli Kərimlinin sosial şəbəkə platformalarında toqquşması, bir-birini ağır formada ittiham etməsi ondan xəbər verir ki, Azərbaycanın möhtəşəm qələbəsindən sonra bu nankorların, anti-milli ünsürlərin əsəbləri tamamən korlanıb, maskaları tamamən yırtılıb, başları tamamən "qaçıb.”  – 7 NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Həqiqətən də namərd hər zaman namərddir. Namərd hər yerdə namərddir! Suverenliyimiz təmin olunub, amma radikal müxalifət yenə deyinir. Xankəndidə bayrağımız ucalıb, amma quldurbaşı Əli Kərimli və özünə bənzəyən qaraguruh dəstəsi yenə narazıdır. Şəhidlərimizin qatilləri əli qandallı Bakıya gətirilib, amma Sevinc Osmanqızı kimi simasızlar, 3 dollarlıq agentlər, Seymur Həzi kimi beyinsiz gədələr yenə qane deyil. Yaxşı bəs bundan artıq nə olmalıdı idi, ay rəzillər?! Nə olmalı idi ki, olmadı? Mövcud hakimiyyət neyləsin, daha çox nə eləsin ki, sizin kor gözləriniz açılsın?

Əli Kərimli, Sevinc Osmanqızı, Tural Sadıqlı, Qənimət Zahid, Əfqan Muxtarlı, Seymur Həzi, Altay Göyüşov kimi yaramazların statusları, açıqlamaları bilirsinizmi nəyə və kimə xidmət edir? Erməni ruhuna. Erməni mənafeyinə. Erməni dəyirmanına. Amma onların bütün arzuları ürəklərində qalacaq. Bu şərəfsizlər, erməni tulaları, Xaçaturyandan, Vardanyandan, Harutunyandan fərqi olmayan binamuslar Azərbaycanın pis və zəif gününü bundan sonra heç bir zaman görməyəcəklər. Dövlətimiz gücləndikcə belələrinin beli qırılacaq, onurğa sütunundan davamlı ağrılar qopacaq, qarınları sancı ilə dolacaq.” - deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR