Səyyad Kərim: Avropa İttifaqı Qarabağda sülh istəyir

OXUNUB: 584 SİYASƏT

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın böyük nəqliyyat qovşağına sahib olması əməkdaşlıqda xüsusi yer tutur.

İcmal.Az-ın xəbərinə görə, bunu Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Səyyad Kərim Bakıda keçirilən Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin növbəti iclasında deyib.

S.Kərim qeyd edib ki, regionda baş verənlər diqqət mərkəzindədir:

"Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır”.

S.Kərim vurğulayıb ki, 2016-cı ilin noyabrında Azərbaycanla Avropa İttifaqı arasında danışıqlara başlamaq üçün mandat verilib və bu danışıqlar 2017-ci ilin fevralında başlayıb:

"Azərbaycanın ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Avropa İttifaqı ölkələrinin neftə tələbatının beş faizini Azərbaycan təmin edir. Cənubi Qafqaz Qaz Dəhlizi layihəsinə Avropa İttifaqı böyük önəm verir.

Bizi həm də Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi maraqlandırır. Bu baxımdan, Bakı-Tbilisi-Qars dəmiryolu önəmlidir”.

İcmal.Az

RƏYLƏR