Silsilə oğurluqlar törədən cinayətkar dəstə tutuldu – ADLAR

OXUNUB: 554 HADİSƏ
Sumqayıt şəhərində silsilə oğurluqlar törədən mütəşəkkil dəstənin yeni cinayətləri üzə çıxıb.

Şəhər ərazisində 7 evdən pul, su mühərriki, 40 metr elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinərək həbs edilən Şirvan Xəlilovun, Rizvan Xəlilovun, Əli Əlizadənin və Akif Əlizadənin ətraflarında istintaq araşdırmaları aparılıb.
Onların ötən il yanvarın 6-dan cari il yanvarın 14-dək olan müddətdə şəhər ərazisindəki 5 bağ evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaları müəyyən edilib.

Qeyd edək ki, mütəşəkkil dəstənin üzvləri Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb./publika.
 
İcmal.Az

RƏYLƏR