Şimali Koreya iki qısa mənzilli ballistik raket atıb

OXUNUB: 171 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Cənubi Koreya və ABŞ-ın son 5 ilin ən əhatəli ortaq təlimi olaraq göstərilən Azadlıq Qalxanı Təliminə başlamasından sonra Şimali Koreyadan cavab addımı gəldi. Yaponiya hökuməti Pxenyan administrasiyasının Yapon dənizi istiqamətində 2 yeni qısa mənzilli ballistik raket atdığını açıqlayıb. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno ölkənin sülh və təhlükəsizliyini təmin etmək üçün ABŞ, Cənubi Koreya və digər ölkələrlə sıx əməkdaşlıq edəcəklərini, lazımi müşahidə və təhlil fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

7NEWS.az

RƏYLƏR