Şimali Koreya qitələrarası ballistik raket buraxıb

OXUNUB: 222 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yoon Suk Yeolun bu gün Tokioda keçirilən tarixi sammiti öncəsi Şimali Koreyadan yeni raket sınağı həyata keçirilib. Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın yerli vaxtla saat 07:10 radələrində Yaponiya dənizinə doğru qitələrarası ballistik raket atdığı bildirilib. Təxminən 6 min kilometr hündürlüyə çatan və min kilometr məsafə qət edən raketin saat 08:20 radələrində Hokkaydodakı Oşima adasından təxminən 250 kilometr qərbdə, ölkənin eksklüziv iqtisadi zonasından kənarda sulara düşdüyü bildirilib. Raketin bölgədə üzən gəmi və təyyarələrə heç bir ziyan vurmadığı bildirilib. Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin regional sülh və sabitliyin təmin edilməsi üçün müttəfiqləri ilə əməkdaşlıqda fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

7NEWS.az

RƏYLƏR