Şimali Koreyalı hakerlər 100 milyon dollardan çox rəqəmsal valyuta oğurlayıblar

OXUNUB: 119 Özəl DÜNYA
Şimali Koreyalı hakerlər Atomic Wallet kriptovalyuta proqramında 100 milyon dollardan çox rəqəmsal pul oğurlayıblar.

7NEWS.az xəbər verir ki, Kriptovalyuta analitika firması Elliptic-in bloq səhifəsinə görə, hakerlər Atomic Wallet-də 5500-dən çox rəqəmsal pul kisəsini oğurlayıblar. Sözügedən hakerlərin Şimali Koreyada yerləşən "Lazarus” kimi tanınan kibercinayətkar dəstənin üzvləri olduğu müəyyən edilib. Estoniya mərkəzli "Atomic Wallet" isə hadisə ilə bağlı heç bir açıqlama verməyib. Şirkət daha əvvəl sistemlərinin sındırıldığını etiraf etmiş və araşdırmaq üçün "Chainalysis" analitik firmasını işə götürmüşdü.

7NEWS.az

RƏYLƏR