Şimali Koreyanın ilk kəşfiyyat peykinin istehsalı başa çatıb

OXUNUB: 149 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, son aylarda həyata keçirdiyi silah sınaqları ilə adından söz etdirən Şimali Koreya bu dəfə hazırladığı yeni kəşfiyyat peyki ilə bağlı açıqlama verib. Ötən gün Milli Aeronavtika və Kosmosun İnkişafı İdarəsinə (NADA) baş çəkən lider Kim Çen In ölkənin ilk kəşfiyyat peykinin istehsalının bu ay başa çatdığını açıqlayıb. Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, rəsmilərə ilk kəşfiyyat peykinin buraxılması üçün son hazırlıqları tamamlamağı tapşıran Kim, kosmosa yönəlmiş texnologiyaların davamlı inkişafının ölkənin kosmosa çevrilməsi üçün çox vacib olduğunu vurğulayıb. 

7NEWS.az

RƏYLƏR