SIPRI: "Türkiyə 2022-ci ildə müdafiəyə 10,6 milyard dollar xərcləyib"

OXUNUB: 153 Özəl DÜNYA
Beynəlxalq SIPRI hesabatına görə, Türkiyə 2022-ci ildə 10,6 milyard dollarla dünyanın ən çox müdafiə xərclərinə malik 23-cü ölkəsi olub.

7NEWS.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci il üçün qlobal hərbi xərclərə dair hesabatını açıqlayıb.

2022-ci ildə qlobal hərbi xərclər bir əvvəlki ilə görə yüzdə 3,7 artaraq 2 trilyon 240 milyard dollara çatıb. Bu məbləğ ölkələrin ümumi ümumi daxili məhsulunun 2,2 faizini təşkil edib. SIPRI hesabatlarına görə, 2015-ci ildən bəri hər il artan qlobal hərbi xərclər 2022-ci ildə rekord qırıb. Qlobal hərbi xərclər 2013-cü ildən 2022-ci ilə qədər 19 faiz artıb.

7NEWS.az

RƏYLƏR