“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi

OXUNUB: 1397 Özəl GÜNDƏM
"Sobsan Boya” Azərbaycanın ilk  boya fabrikidir.
Şirkət  Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə  500-dən çox işçi çalışır. 
Bir neçə il əvvəl  fabrikdə baş verən yanğın  cəmiyyətdə xeyli suallar doğurdu. 
Yanğın o dərəcədə  böyük oldu ki, FHN-nin 30 yanğınsöndürən maşını  yanğını  söndürə bilmirdi. 
Yanğından sonra xeyli suallar ortaya çıxdı. Bəlli oldu ki, şirkət illər uzunu zərərli kimyəvi  maddələri  Bakıdakı su mənbələrinə, göllərə axıdırmış. Bunun nə demək olduğunu şərh etməyə ehtiyac  yoxdur. Yəni "Sobsan Boya”  ətraf mühit üçün  ziyanlı olan  xeyli kimyəvi maddələri  su hövzələrinə axıdıb. 
Ümumiyyətlə, bu şirkətin adı çox neqativ məsələlərdə hallanır. Belə ki, "Sobsan Boya” şirkəti  Şamaxıda onlarla vətəndaşı aldadaraq  onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib. Hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da şirkət ələ keçirib. 
Hətta şirkətin rəhbərliyi vətəndaşlara hədə-qorxu gəlir, biz  "yuxarıların adamıyıq” deyib, özlərini belə qələmə verirlər. 
Bir sözlə, "Sobsan Boya”  Azərbaycan qanunlarına  məhəl qoymur. 
Bütün bunlar azmış kimi  "Sobsan Boya”nın sexlərində, laboratoriyalarında  elə "qatqılar” olur ki, ( 12 kq- 6 kq ? ) bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır. 
İndi isə  "Sobsan Boya”nın  instituta  direktor  təyin etmək məsələsinə nəzər salaq. 
Bəli, "Sobsan Boya”nın şefi  Səhiyyə naziri  Oqtay Şirəliyevlə bazarlıq edərək  Dadaşova Gülnaz Mahir qızını  Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru  vəzifəsinə təyin etdirib. 
Bəli, artıq  "Sobsan Boya”  səhiyyəmizə  sponsorluq  edir. 
Gülnaz  Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid Səbzəliyevin əmisi qızıdır. Bu da hamısı deyil. 
Qeyd edək ki,”Sobsan Boya” şirkətinin rəhbərlərindən biri də Zöhrab Səbzəliyevdir.
Cənab  nazir  Oqtay Şirəliyevin yeni qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. 
Bu barədə  növbəti yazımızda./gundelik-baku

RƏYLƏR