SOCAR işçilərinin uşaqları üçün Almaniyada növbəti yay düşərgəsi təşkil ediləcək

OXUNUB: 1702 GÜRCÜSTAN index-manşet DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
İyunun

Bakı. 27 aprel. / SOCAR işçilərinin övladları üçün SOCAR və “Uniper” şirkətinin dəstəyi ilə iyunun 18-dən iyulun 2-dək Almaniyada növbəti Yay Düşərgəsi təşkil olunacaq.

“Report” Şirkətə istinadən xəbər verir ki, 2017-ci ilin fevral ayı ərzində sözügedən proqramın reallaşdırılması məqsədi ilə şirkətin İnsan Resursları Departamentində sənəd qəbulu həyata keçirilib. Proqramda iştirak etmək üçün 30 uşaq müraciət edib. Proqrama seçim müsabiqə əsasında həyata keçirildiyi üçün namizədlər ilk olaraq test imtahanına dəvət olunub, imtahanlardan müvafiq keçid balını toplayan 25 nəfər müsabiqənin II mərhələsinə - müsahibəyə buraxılıb. 24-25 aprel tarixlərində keçirilmiş müsahibə turunda iştirak edən namizədlər bilik, bacarıq və dünyagörüşlərini nümayiş etdiriblər. Müsabiqənin son turunu uğurla keçən 20 nəfər Almaniya Yay Düşərgəsi Proqramında iştirak imkanı qazanıb. Proqram başa çatdıqdan sonra layihənin davamı olaraq 17-31 iyul tarixlərində Almaniyanın “Uniper” şirkətinin əməkdaşlarının övladları 3-cü dəfə baş tutacaq Azərbaycan Yay Düşərgəsi Proqramında iştirak edəcəklər. Proqram müddətində almaniyalı uşaqlar Azərbaycanın mədəni irsi, tarixi, incəsənəti ilə tanış olacaqlar. 

Qeyd edək ki, SOCAR və Almaniyanın "Uniper" şirkəti arasında 19 sentyabr 2013-cü il tarixində imzalanmış qaz satışı və əməkdaşlıq sazişinə əsasən hər iki şirkət arasında layihələr və proqramların həyata keçirilməsi artıq bir neçə ildir uğurla davam etdirilir. Bu proqramlardan biri də hər iki şirkətin əməkdaşlarının uşaqları üçün Almaniyada və Azərbaycanda yay düşərgələrinin təşkil edilməsidir. Yay Düşərgələri proqramı 2014-cu ildən etibarən keçirilir.                               

float: left; width: 100%;">

RƏYLƏR