SON DƏQİQƏ: "9933" taksi şirkətinin sürücüsü baş redaktoru balta ilə vurmaq istədi-VİDEO

OXUNUB: 1227 HADİSƏ
7News.Az xəbər verir ki,bu gün 20:07-da "Vətəninfo.az"İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı sifariş etdiyi "*9933" taksi şirkətinin Opel-Astra-33BG034 dövlət nömrə nişanlı taksi sürücüsü tərəfindən 20:59-da hücuma məruz qalıb.
Nahid Canbaxışlı bildirib ki, bu gün 20:07 radələrində "*9933"taksi şirkətinə zəng edərək taksi sifariş edib: "Taksi sürcüsü məni Binə qəsəbəsində evə gətirdi.Hər dəfə taksi sifariş edəndə əsas yoldan 1 km 500 metr içəriyə həyət evlərinə olan hissəni də qeyd etdirirəm.Bu dəfə də elə etdim.Amma sürücü evin qarşısında daha çox pul tələb etdi və əlavə 1km 500 m.olan hissənin şirkət tərəfindən qeyd edilmədiyini bildirdi.Belə olduqda mən şirkətlə əlaqə saxladım və telefonu səsliyə alaraq sifarişimdə 1km.500 m-in qeyd olub-olunmadığını soruşdum.Sürücüyə birbaşa şirkət operatoru bildirdi ki,sərnişinin mənzil başına kimi,yəni əlavə olmaqla sifariş verib və yol xərci ümumilikdə 8.87 AZN təşkil edir.Sürücü hətta şirkətin operatoruna belə məhəl qoymayaraq əlavə vəsait tələb etdi.Məhəllədə evin qarşısında enib müəyyən olunan pulu sürücüyə verdim .Bundan sonra başladı söyüş və təhqirlə danışmağa.Ona tərbiyəli olmasını və problemini təmsil etdiyi şirkətlə həll etməsini bildirdim.Bu arada aramızda mübahisə düşən zaman maşının baqajın açaraq üzərimə balta ilə gəlməyə başladı". Nahid Canbaxışlı bildirib ki, hadisə anbaan mənzilinin kameralarına düşüb: "hadisə ilə bağlı sabah ilk olaraq şirkətə gedəcəm və bundan sonra da Baş Prokrorluğa şikayət ilə müraciət edəcəm".
 
 
7News.Az

RƏYLƏR