SON DƏQIQƏ: Bakıda “Trump Tower” yanır - YENİLƏNİB + FOTO + VİDEO

OXUNUB: 1392 HADİSƏ

Bakıda əvvəllər "Tramp Tower” adını daşıyan binada baş verən yanğın aşağı mərtəbələrə keçib.

Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib.

12:59

Bakıda əvvəllər "Trump Tower” adını daşıyan binada yanğın başlayıb.

 Yanğın baş verən əraziyə yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

12:44

Bakıda "Trump Tower” binasında yanğın başlayıb.

Tüstülənmə binanın üst mərtəbəsində qeydə alınıb.

Bildirilir ki, hadisə yerinə  hələlik yanğınsöndürənlər gəlməyib.


İcmal.Az

RƏYLƏR