Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 7NEWS.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub.
Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurulmuşdur.
Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir və hazırda həyatı üçün təhlükə yoxdur.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olmuş, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşmüş, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar vermişdir.



