SON DƏQİQƏ! Milli Məclisə basqın edən daha iki nəfər tutuldu — ÖZƏL (YENİLƏNİB)

OXUNUB: 1073 HADİSƏ

Milli Məclisə basqın etməkdə ittiham olunan daha bir neçə nəfər həbs olunub.


İmanov Bəxtiyar Bədəl oğlu,  Mövləyev Dəyanət Kərəm oğlu da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.


Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.


Onun barəsində istintaq Baş Prokuroruğun İstintaq İdarəsində aparılır.

 

***

 

Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin daha bir üzvü həbs edilib.


Siyavuş Firudin oğlu Mustafayev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.


Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.


Onun barəsində istintaq Baş Prokuroruğun İstintaq İdarəsində aparılır.


Qeyd edək ki, məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.


Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.


Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.


Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.


Bu iş üzrə 10-dan çox şəxs həbs olunub.


7News.Az

RƏYLƏR