SON DƏQİQƏ! SƏFƏR MEHDİYEVİN TƏLƏBƏ YOLDAŞI İŞDƏN ÇIXARILDI - Həbs olunacağı gözlənilir!

OXUNUB: 305 İQTİSADİYYAT HADİSƏ
Dövlət Gömrük Komitəsinin İnsan Resursları idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərhad Babayev vəzifəsindən kənarlaşdırılıb. "Azərbaycan Reallığı" xəbər verir ki, o, 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Elə həmin il Səfər Mehdiyevin komitə sədri təyin olunması F.Babayev üçün karyera pillələrində irəliləmək üçün yeni şans yaranıb. Buna səbəb kimi F.Babayevlə keçmiş komitə sədri S.Mehdiyevin tələbə yoldaşı olmalarıdır. 

Komitə sədri vəzifəsini itirən S.Mehdiyevin ardınca tələbə yoldaşı da işini itirib. Məlumata görə, onun yerinə Nərgiz Məmmədova təyin olunub. O, S.Mehdiyev komitə sədri olana qədər sözügedən idarənin rəisi idi. 

Lakin Mehdiyev Məmmədovanı kənarlaşdıraraq yerinə tələbə yoldaşı Babayevi təyin etmişdi. Şahin Bağırovun gömrükdə 1-ci müavin təyin olunmasından çox keçməmiş N.Məmmədova yenidən köhnə işinə qaytarılıb.

"Azərbaycan Reallığı" etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, gömrük palkovnik vəzifədə işlədiyi müddətdə xeyli nöksanlara yol verib Fərhad Babayevin də, digər gömrükçülər kimi yaxın zamanlarda istentaq cəlb olunaraq barəsində lazım olan tədbirlərin görüləcəyi deyilir. Hətta digər generallar kimi onunda həbsi qaçılmazdır /AZƏRBAYCANREALLIĞI.COM  

RƏYLƏR