Şotlandiyanın Baş naziri iqamətgahında ilk günündə namaz qılıb

OXUNUB: 121 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ötən gün Şotlandiyada keçirilən seçki ilə bölgə hökumətinin yeni baş naziri seçilən Həmzə Yusuf, Baş nazirin rəsmi iqamətgahı olan Bute House-da ilk günündə ailəsinə başçılıq edərək dua edərkən çəkilmiş fotosunu paylaşıb. Yusuf Twitter hesabında etdiyi paylaşımda, "Ailəm və mən bu gün (28 mart) parlamentdəki səsvermədən sonra ilk gecəmizi Bute House-da keçiririk. Bu, adət etdiyim kimi, ailəmə namaz qılmağımın xüsusi bir anıdır"-deyib. Pakistan əsilli Yusif ölkənin ilk müsəlman baş naziridir.

7NEWS.az

RƏYLƏR