Şri-Lankanın baş naziri: "Ölkə iqtisadiyyatı çökdü"

OXUNUB: 326 Özəl DÜNYA
Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe aylarla davam edən böhrandan sonra ölkə iqtisadiyyatının çökdüyünü və neft idxalı üçün pul ödəyə bilmədiklərini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe parlamentdəki çıxışında böhranın dərinləşməsinə toxunub. Baş nazir Vikremesinqe, "İndi yanacaq, qaz, elektrik və ərzaq qıtlığı xaricində çox daha ciddi bir vəziyyətlə qarşı-qarşıyayıq. İqtisadiyyatımız tamamilə çökdü. Əgər iqtisadiyyatın çöküşünü yavaşlatmaq üçün ən azı 2012-ci ildə addımlar atılsaydı, bu gün bu çətin vəziyyətlə qarşılaşmazdıq. Amma biz bu fürsəti əldən verdik” deyə bildirib.

İcmal.az

RƏYLƏR