Stoltenberq iyunun 20-də “Air Defender 23” təlimində iştirak edəcək

OXUNUB: 123 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, NATO-dan verilən yazılı açıqlamada NATO-nun baş katibi Yens Stoltenberqin 19-20 iyun tarixlərində Almaniyanın Şlezviq-Holşteyn əyalətinə və paytaxtı Berlinə səfər edəcəyi bildirilib. Baş katib Stoltenberqin iyunun 19-da paytaxt Berlində Almaniya kansleri Olaf Şolz ilə görüşəcəyi, Almaniyanın xarici işlər naziri Annalena Baerbok ilə ikitərəfli görüş keçirəcəyi və Almaniya Sənaye Federasiyasının (BDI) təşkil etdiyi Sənaye Günündə çıxış edəcəyi bildirilir.

7NEWS.az

RƏYLƏR