Sudanda 7 günlük atəşkəs qərarı verilib

OXUNUB: 199 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ötən gecə şiddətli toqquşmaların baş verdiyi paytaxt Xartumda xəstəxana qarşısında hava hücumu nəticəsində azı 3 qadın və bir uşaq həlak olub. Omdurmanda da hava zərbələri və atəş səsləri eşidilib. RSF Sudan Silahlı Qüvvələrini 72 saatlıq atəşkəs rejimini pozmaqda ittiham edib, hərbçilər isə yarımhərbi qruplaşmanın əsgərlərin evlərinə soxularaq onların ailələrini həbs etdiyini iddia edib. Birləşmiş Millətlər Təşkilatının Sudandakı yüksək səviyyəli yardım rəsmisi Abdou Dieng və Keniya Prezidenti Uilyam Ruto ölkədəki vəziyyətin "tam bir fəlakətə" çevrildiyini söylədi. Bu açıqlamalardan sonra Cənubi Sudanın Xarici İşlər Nazirliyi əl-Burhan və Daqalo arasında mayın 4-dən başlayaraq 7 günlük atəşkəs haqqında prinsipial razılığa gəldiyini açıqlayıb.

7NEWS.az

RƏYLƏR