Sudanda Türkiyə vətəndaşlarının təxliyəsi başlayıb

OXUNUB: 115 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Təxminən 1000 Türkiyə vətəndaşı ölkəyə paytaxt Xartumun iki nöqtəsindən və paytaxtın cənub-şərqindəki Vad Mədəni şəhərindən yola düşüb. Türkiyə vətəndaşları quru yolu ilə çatacaqları Efiopiyanın paytaxtı Əddis Əbəbədən hava yolu ilə İstanbula yola düşəcəklər. AA müxbirinə açıqlama verən Mehmet Uğraç 17 ildir yaşadığı və evli olduğu Sudanı ilk dəfə münaqişələr səbəbindən tərk etdiyini bildirib.

7NEWS.az

RƏYLƏR