Sudandakı münaqişə nəticəsində 700 mindən çox insan didərgin düşüb

OXUNUB: 119 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Sudanda davam edən daxili qarşıdurmalar səbəbindən evlərini tərk edənlərin sayı günü-gündən artır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bəyanatında, aprelin 15-də Sudanda münaqişənin başlamasından bu yana 700 mindən çox insanın didərgin düşdüyü bildirilir. Ötən günlərdə ölkədə didərgin düşən sudanlıların sayının 340 mini keçdiyi, 150 mindən çox insanın sərhədi keçdiyi və bu rəqəmlərin daha da arta biləcəyi bildirilib.

7NEWS.az

RƏYLƏR