Sudandan təxliyə davam edir: 1600 nəfər Efiopiya sərhədinə ÇATIB

OXUNUB: 101 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Diplomatik mənbələr 1600-dən çox Türkiyə vətəndaşının Xartumdan Efiopiyaya avtobuslarla aparıldığını bildirib. Təyyarə İcarəyə verilir Sudanda qarşıdurma ikinci həftəsinə girərkən, ötən axşam elan edilən 72 saatlıq atəşkəsə baxmayaraq, bəzi bölgələrdə qarşıdurmalar davam edir. Efiopiya sərhədində əməliyyatları tamamlanan Türkiyə vətəndaşları Addis Ababa səfirliyi tərəfindən verilən avtomobillərlə qrup halında bu ölkənin Qondar şəhərindəki hava limanına aparılır. Qondardan Əddis-Əbəbəyə nəqliyyat Türkiyə tərəfindən Efiopiya hava yollarının kirayə verdiyi təyyarələrlə davam edir. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, 164 nəfəri daşıyan ilk təyyarə Qondardan Əddis-Əbəbəyə yola düşüb. Mülki əhalinin təxliyyəsi davam edərkən, Türkiyənin Xartumdakı səfirliyi açıq qalacaq və fəaliyyətini davam etdirəcək. Nyaladakı Türkiyə Sudan Təhsil və Araşdırma Xəstəxanasında çalışan həkimlər hələlik evə buraxılmayıb.

7NEWS.az

RƏYLƏR