31 il öncə Azərbaycanın Sumqayıt şəhərində milli zəmində iğtişaş baş verdi. Çoxları bu haqqda yazdı, danışdı, hətta çəkib göstərdi. Kimisi bunun ermənilərin təxribatı olduğunu dedi, kimisi isə Azərbaycanlıların erməniləri qətlə yetirdiyini dilə gətirdi. Yəqin ki, sizə də maraqlıdır - görəsən 1988-ci ilin fevralında Sumqayıtda həqiqətən nə baş verdi? Hadisənin iştirakçıları kimlər idi, təlimat haradan alınmışdır və məsqəsd nə idi?
QORBAÇOVLA ERMƏNİLƏRİN İŞ BİRLİYİ
Əvvəla onu deyim ki, "Sumqayit hadisələri” onu təsdiqlədi ki, erməni separatçıları və terrorçuları məkirli niyyətlərinə çatmaq üçün hər şeyə əl atarlar. Onlar hətta öz xalqının nümayəndələrini belə öldürməyə hazırdılar. Bu həm də onların faşizim ideologiyasına sadiqliyini, onlar üçün heç bir mənəvi-insani sərhədin olmadığını və nasist Njdenin varisləri olduqlarını bir daha nümayiş etdirdi. Ermənilər Sumqayıt təxribatını törətməklə Dağlıq Qarabağ iddialarını gerçəkləşdirmək istəyirdilər. Bu həm də SSRİ-nin dağıdılması strategiyasının bir hissəsi idi. Bu planın reallaşması üçün isə onlara Qərbin təlimatlarına uyğun davranan M.Qorbaçov dəstək verirdi. Sumqayıtda ermənilər tərəfindən ermənilərə qarşı törədilən cinayətin qeyri-obyektiv siyasi-hüquqi qiymətləndirilməsi də Kremldəki ermənilərlə M.Qorbaçovun işbirliyinin nəticəsi idi.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hadisələr barədə bu ifadələri səsləndirmişdir: "1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı".
QARA GÖDƏKÇİLƏRİN – QARA NİYYƏTİ
Ermənilər və onların Moskvadakı havadarları bu məsələni şişdirmək, müzakirə obyektinə çevirmək, milli qırğınlar törətmək və nəhayət, erməniləri silahlandırıb Azərbaycan xalqının üstünə qaldırmaq və məsələni silahlı təcavüz yolu ilə həll etmək variantlarını hazırlamışdılar. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək idi.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu barədə demişdir:: "Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi".
İğtişaşlardan bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremisti Sumqayıta göndərilib. Bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından "yana-yana” danışırdılar. Əhali arasında təbliğatla kifayətlənməyən emissarlar hər cür şirnikləndirici vədlərlə, pul paylamaqla gəncləri və azyaşlıları məkrli niyyətlərinə qoşdular. Təhrikçilər şəhərdəki qeyri-sağlam qüvvələri cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başladı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Soyuq iliyə işləsə də, iğtişaşın qaynama şkalası kəlləçarxda idi. Şəhərin 41-ci məhəlləsində, 2-ci və 3-cü mikrorayonlarda, "Sülh” və "Dostluq” küçələrində, digər yerlərdə başıpozuq dəstələr qaynaşır, ətrafa vahimə, qorxu saçırdılar. Kortəbii axın faciəli hadisələrə yol açdı. Döyülüb-söyülən, şikəst edilib-öldürülən sakinlər də oldu. Nəticədə ümumən 32 nəfər, o cümlədən 26 erməni qətlə yetirildi, 400-dən çox insan xəsarət aldı, 200-dən artıq mənzil talan edildi, 50-dən çox mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil yandırıldı, bir sözlə, şəhərə o vaxtın qiymətləri ilə 10 milyon dollar məbləğində ziyan vuruldu.
MƏKAN FƏRQLİ SSENARİ EYNİ
Sumqayıtdakı iğtişaşlar bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib. Həmin dəstəyə isə "Paşa” ləqəbli Qriqoryan Eduard Robertoviç adlı bir erməni başçılıq edib. Cünki, tarixən kiminsə əlaltısı olan ermənilərin siyasətinin ana xəttini oğurluq, təxribat, terror aktları törətmək təşkil edib. O, hadisələrdən öncə təlimat almaq üçün dəfələrlə Xankəndinə gedib-gəlib. Qriqoryanın həmin dəstənin ən fəalı olması şahid ifadələri əsasında sübut olunub. Hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri məhz Qriqoryanın "payına düşür". O, Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını isə zorlamışdır. Onu da deyim ki, talan və qətllərin həyata keçirildiyi şəxslər "Krunk”a üzvlük haqqı ödəməyən ermənilər idi. İstintaq qrupunun üzə çıxardığı çoxsaylı faktlar göstərir ki, azərbaycanlılar öz həyatını təhlükəyə ataraq Sumqayıtda ermənilərin ermənilərə qarşı törətdikləri qətliamın miqyasını azalda biliblər. Çoxsaylı Sumqayıt erməniləri erməni zorakılığından, terrorundan qorunmaq üçün azərbaycanlı ailələrində sığınacaq alıbar.
MİSSİYA BAŞA ÇATDI - D.QARABAĞDA MÜNAQİŞƏ ALOVLANDI
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hadisələr barədə bu ifadələri səsləndirmişdir: "Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi".
Erməni ziyalılarının bir çoxu bu hadisələrdən dərhal sonra antiazərbaycan təbliğatına başladılar. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət aldı və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş verdi. Ermənilər növbəti dəfə iyrənc alət funksiyasını məharətlə yerinə yetirdilər. Ermənilər effektiv provokasiya alətidir. Bu, tarixən öz təsdiqini tapmış həqiqətdir.
TƏBLİĞAT MAŞINI İNTENSİVLƏŞMƏLİDİR
Sumqayıt hadisələrini ermənilərin törətdiyini açıq şəkildə demək lazımdır. Əldə olan faktlara, dəlil və sübutlara istinad edərək, ermənilərin Sumqayıt ermənilərinə qarşı törətdikləri cinayəti dünyada təbliğ etmək lazımdır. Təkcə bunu deyil ermənilərin illər boyu xalqımızın başına gətirdiyi müsibətlər haqqında sənədli və bədii filmlər çəkilməli, müxtəlif dillərə tərcümə olunan kitbalar çap edilərək dünyanın dörd bir yerinə paylanılmalıdır. Hər kəs ermənilərin əsl simasını görməli və onların uydurduqları nağıllara deyil, reallıq və həqqiqətlərə inanmalıdırlar.
Dünya ictimaiyyəti dərk etməlidir ki, bu aksiya SSRİ-nin milli münaqişələr zəminində dağıdılmasına xidmət etmiş, Sumqayıt isə sadəcə əlverişli bir yer kimi seçilmişdi. Xalqımız bütün dövrlərdə, eləcə də bu gün hər cür irqi ayrı-seçkiliyi, qatı şovinizmi rədd edir, öz ərazisində yaşayan bütün xalqlara və millətlərə qayğı ilə yanaşır, tolerantlıq nümayiş etdirir.
ALLAHVERDİ NADİROĞLU