Sumqayıt sakinini avtomobil vuraraq öldürüb

OXUNUB: 721 SOSİAL HADİSƏ

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, avqustun 10-da, saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi "Hyundai” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR