Sumqayıtda 16 yaşlı qız itkin düşüb

OXUNUB: 603 SOSİAL

Sumqayıt şəhərində 16 yaşlı qız itkin düşüb.

Şəhərin 16-cı mikrarayon ev 91 A ünvanında yaşayan 2002-ci il təvəllüdlü Məmmədova Ülviyyə Reyhun qızı mağazaya getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yaxınları onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hazırda Ü.Məmmədovanın axtarışları davam edir. 

Ü.Məmmədovanın boyu 1.60, gözləri şabalıdı, çənə nahiyəsində qara xalı və burnunda çapığı var. 

Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə və (055) 323-47-55 telefon nömrəsinə məlumat vermələri xahiş olunur./report

 

İcmal.Az


RƏYLƏR