Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı - FOTO

OXUNUB: 684 HADİSƏ

Sumqayıt şəhərində 18 yaşlı hamilə qadın evində ölü halda tapılıb.

Hadisə şəhərin Betonzavod ərazisində, Gecəqondu məhəllələrindən birində baş verib.

Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri, hamam otağında aşkarlayıblar.

Qeyd edək ki, 18 yaşlı gəlin dünyasını dəyişərkən bir neçə aylıq hamilə olub. 

 

Faktla bağlı araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR