Sumqayıtda iki avtobus toqquşdu: Çoxlu sayda yaralı var (VİDEO/YENİLƏNİB)

OXUNUB: 532 HADİSƏ
Sumqayıtda baş vermiş avtobus qəzasında 14 nəfər xəsarət alıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ilkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

***

09.22

Sumqayıtda iki marşrut avtobusu toqquşub. 

APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. 

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR