Sumqayıtda qanun saymayan restoran - “Emin” ŞADLIQ SARAYINDAN ÖZBAŞINALIQ

OXUNUB: 1119 GÜNDƏM HADİSƏ
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "Emin” şadlıq sarayı pandemiya qaydalarını saymır. 7NEWS.az xəbər verir ki, toy etmək üçün icaze.e-gov.az portalında qeydiyyat tələb olunsa da bu şadlıq sarayı qeyri-rəsmi sahibi Sumqayıt İcra hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədova arxalanıb toy etmək istəyənlərə "portal lazım deyil, pulu verin toy edin” deyir. Ona görə də bütün karantin müddəti ərzində, hətta toylar qadağan edilən vaxtlarda da bu məkanda toylar keçirilib, hazırda da 150 nəfərlik toylara icazə verilsə də,burada 500-700 nəfərlik toylar təşkil olunur, heç bir qayda-qanuna əhəmiyyət verilmir, hətta saat 24:00-dan sonra da toy davam etdirilir.H.Z.Tağıyev qəsəbəsində hər kəs yaxşı bilir ki, "Emin” şadlıq sarayına polis gələ bilməz. Ona görə "Emin”də toylar "kalendernı”dır. Hətta yanvarın 30-da polkovnik rütbəli şəxsin qızının toy mərasiminə artıq indidən 500 nəfər  şəxs dəvət olunub,toy sahibləri,bəy və gəlinin vaksin pasportu olmamasına baxmayaraq şənlikdə iştirak edəcəklər.Hamıya da bildirilib ki, vaksin pasportu olmayanlar da gələ bilər, heç bir narahatlığa əsas yoxdur, polis yoxlaması olmayacaq. 
Elnara İbadova

RƏYLƏR