Suriya 12 ildən sonra yenidən Ərəb Birliyinə qatıldı

OXUNUB: 111 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Misirin paytaxtı Qahirədə keçirilən toplantıda Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı konsensus əldə edilib. Suriya 12 ildən sonra yenidən 22 üzvlü Ərəb Liqasına qəbul edilib. Qərar ittifaqa daxil olan ölkələrin xarici işlər nazirlərinin Misirin paytaxtı Qahirədə keçirilən toplantısında qəbul edilib.

Suriya vətəndaş müharibəsinə aparan prosesdə 12 il əvvəl ittifaqdan çıxarılıb. Bu qərarla Suriya nümayəndə heyətləri birlik toplantılarına qəbul ediləcək. Ərəb ölkələrinin Suriyanın ittifaqa qəbulu ilə bağlı fərqli baxışları var idi.

7NEWS.az

RƏYLƏR