Suriya Tunis səfirliyini yenidən açacaq

OXUNUB: 288 Özəl DÜNYA
Ərəb ölkələri ilə son bir neçə ildə 2011-ci ildən pozulan münasibətləri bərpa edən Suriya yaxın günlərdə Tunisdəki səfirliyini yenidən açacaq və bu ölkəyə səfir təyin edəcək.

7NEWS.az xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA Dəməşqin yaxın günlərdə Tunisdəki səfirliyini yenidən açacağını və yeni səfir təyin edəcəyini bildirib.

Agentliyin xəbərində Suriyanın xarici işlər naziri Feysəl Mikdadın tunisli həmkarı Nabil Əmmarla telefon danışığı apardığı bildirilib.

7NEWS.az

RƏYLƏR