Suriyada ölənlərin sayı 3800-ü keçdi

OXUNUB: 259 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Tunis və Venesueladan olan qrupların iştirak etdiyi axtarış-xilasetmə işləri davam edərkən, ölkə daxilində ölənlərin sayı 3800-ü keçib. Zəlzələ nəticəsində 200-ə yaxın uşaq həyatını itirib.

Maraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra axtarış-xilasetmə işlərinin davam etdiyi qonşu Suriyada həyatını itirənlərin sayı 3800-ü keçib. Hökumətin nəzarətində olan ərazilərdə 1768 nəfər ölüb, yaralananların sayı isə 3785 nəfərə çatıb. Silahlı qrupların nəzarətində olan bölgələrdə ölənlərin sayı 2 min 60-a yüksəlib, 3 min 150 nəfər yaralanıb. Bildirilib ki, ölkə üzrə 200-ə yaxın uşaq ölüb.

7NEWS.az

RƏYLƏR